Menyu

ABŞ-də daşqın, 4 min insan işıqsız qalıb

ABŞ-də daşqın, 4 min insan işıqsız qalıb
1 dəq oxu

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində yağan güclü yağış daşqınlara səbəb olub. 

"Operativ Media" xəbər verir ki, cümə günündən bəri təsirli olan yağışlar səbəbindən şəhərin 4000-dən çox sakini işıqsız qalıb.

ABŞ Milli Meteoroloji Xidmətinin açıqlamasında sakinlərə hava ilə bağlı xəbərdarlıq edilib.

Əlverişsiz hava şəraiti səbəbindən 100-dən çox reys təxirə salınıb, 700 reys gecikib.

Əlaqəli Xəbərlər