Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin yanacaq anbarlarına zərbə endirilib
Rusiya Aerokosmik Qüvvələri (VKS) Ukrayna Silahlı Qüvvələrinə aid hərbi texnikanın tədarükü üçün istifadə edilən yanacaq anbarlarını PUA-lar ilə vurub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Rusiya Aerokosmik Qüvvələri gecə saatlarında Odessa vilayətinin Reni limanında Ukrayna Silahlı Qüvvələrinə aid hərbi texnikanın tədarükü üçün istifadə edilən yanacaq anbarlarına PUA-lar ilə hücum edib. Məqsədə nail olunub", - nazirlik qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma