Menyu

Zelenskiyə dəstək verən oliqarx saxlanılıb

Zelenskiyə dəstək verən oliqarx saxlanılıb

Ukraynalı oliqarx İqor Kolomoyski dələduzluq ittihamı ilə saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb. 

"İhor Kolomoiskinin 2013-2020-ci illər arasında bank qurumlarının infrastrukturundan istifadə edərək yarım milyarddan çox Ukrayna qrivnasını (13,5 milyon dollar) xaricə köçürdüyü müəyyən edilib. Baş Prokurorluğun nəzarəti altında aparılan ibtidai istintaq davam etdirilir", - məlumatda qeyd edilib.

Qərb mediası Kolomoyskinin 2019-cu ildəki seçki kampaniyasında Ukrayna prezidenti Volodimir Zelenskini dəstəkləyənlərdən biri olduğu barədə təfərrüatları paylaşıb.

Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyi 5 mart 2021-ci ildə Kolomoyskiyə sanksiya tətbiq edib.

Teqlər:

"Zelenskiy\u0259 d\u0259st\u0259k ver\u0259n oliqarx saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər