Menyu

Hakan Fidan iranlı həmkarı ilə görüşüb

Hakan Fidan iranlı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana rəsmi səfərə gedib. 

"Operativ Media" xəbər verir ki, Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.

Qarşılamadan sonra Fidan və Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.

Fidan və Abdullahiyan arasında baş tutan görüşdə iki ölkə arasındakı münasibətlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə olunacağı bildirilib və iki nazirin danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəyi bildirilib.

Bu, nazir Fidanın xarici işlər naziri təyin olunduqdan sonra İrana ilk səfəridir.

Teqlər:

"Hakan Fidan iranl\u0131 h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər