Menyu

Marsı koloniyalaşdırmaq üçün neçə insan lazımdır?

Marsı koloniyalaşdırmaq üçün neçə insan lazımdır?

Virciniya ştatında yerləşən Corc Meyson Universitetinin tədqiqat qrupu Marsın müvəffəqiyyətlə kolonizasiyası üçün lazım olan minimum insan sayını açıqlayıb. 

"Operativ Media" xəbər verir ki, geoloqların Marsı koloniyalaşdırmaq üçün gəldiyi nəticə İlon Maskın "SpaceX" şirkətinin Marsın kolonizasiyası planlarını dəstəkləyir.

Belə ki, tədqiqat qrupu Marsda "sabit koloniya ölçüsü" yaratmaq məqsədilə ilkin populyasiyanı hesablamaq üçün bir model hazırlayıb. Bu model 28 Yer ili ərzində müxtəlif ssenariləri işləyərək nəticələr əldə edib.

Tədqiqatçılar qeyd ediblər ki, Marsda hava, su, qida istehsalı və tullantıların uzaqlaşdırılması kimi dörd kritik vəzifədən əlavə, hər bir missiya üçün iki bacarıq tələb olunur. Bu vacib vəzifələri yerinə yetirmək üçün tələb olunan minimum insan sayı 10 olaraq təyin edilib.

Testlər göstərib ki, ilkin populyasiya zamanı ən azı 10 nəfəri yerləşdirmək mümkündür və bu meyara çatmaq üçün minimum 22 fərd lazımdır. 

Bu, əvvəllər təxmin edilən minimum 110 nəfərlik saydan xeyli aşağıdır.

Teqlər:

"Mars\u0131 koloniyala\u015fd\u0131rmaq \u00fc\u00e7\u00fcn ne\u00e7\u0259 insan laz\u0131md\u0131r?"

Əlaqəli Xəbərlər