Menyu

Putin Rusiya-Türkiyə münasibətlərinin inkişaf tempini yüksək qiymətləndirib

Putin Rusiya-Türkiyə münasibətlərinin inkişaf tempini yüksək qiymətləndirib

"Ötən il Moskva ilə Ankara arasında ticarət dövriyyəsi 86% artıb, bu il də müsbət tendensiya davam edir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

"Nəzərinizə çatdırmaq istərdim ki, ötən il ticarət dövriyyəmiz 86 faiz artıb. Müsbət tendensiya bu ilin birinci yarısında da davam edir", - Putin qeyd edib.

Putinin sözlərinə görə, mövcud tendensiya keçən il olduğu qədər güclü olmasa da, müsbət istiqamətdə davam edir: "Bundan əlavə, əlaqələr getdikcə rəngarəngləşir. Təkcə kənd təsərrüfatı və energetika kimi əməkdaşlığımızın ənənəvi sahələri deyil, digər sahələr də inkişaf edir və bu, məni çox sevindirir".​

Teqlər:

"Putin Rusiya-T\u00fcrkiy\u0259 m\u00fcnasib\u0259tl\u0259rinin inki\u015faf tempini y\u00fcks\u0259k qiym\u0259tl\u0259ndirib"

Əlaqəli Xəbərlər