KİV: ABŞ Rusiya aktivlərinin 1 milyard dollarını Ukraynaya verə bilər
ABŞ Ədliyyə Departamenti Rusiyanın sanksiyaya məruz qalmış bir milyard dollardan çox aktivlərini Ukraynaya transfer etməyə çalışır.
"Operativ Media" xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Telekanalın məlumatına görə, ötən fevral ayından etibarən ABŞ Rusiyanın dünya üzrə 1 milyard dollardan çox aktivlərinə həbs qoyub. ABŞ Baş Prokurorunun müavini Liza Monako telekanala deyib: "Biz Konqresdən həmin pulların Ukrayna xalqının xeyrinə istifadə etməyə icazə vermək üçün səlahiyyət istəyirik".
Bundan əvvəl Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransadakı milli təhlükəsizlik müşavirləri xəbərdarlıq etmişdilər ki, onların yurisdiksiyalarında olan Rusiya aktivləri Moskva "Ukraynaya dəymiş ziyanı ödəyənə qədər" dondurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net