Menyu

Ərdoğanın Rusiya səfəri başa çatıb 

Ərdoğanın Rusiya səfəri başa çatıb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə işgüzar səfəri başa çatıb. 

"Operativ Media" xəbər verir ki, o, artıq yerli vaxtla saat 19.10-da vətənə qayıdıb.

Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı müşayiət edən xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Mərkəzi Bankın sədri Hafize Gaye Erkan, müdafiə sənayesi sədri Haluk Görgün və Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun da Ankaraya geri dönüb.

Teqlər:

"\u018frdo\u011fan\u0131n Rusiya s\u0259f\u0259ri ba\u015fa \u00e7at\u0131b\u00a0"

Əlaqəli Xəbərlər