Yuri Uşakov: Danışıqlar barədə Ukraynadan heç bir siqnal yoxdur
"Hələlik Moskva Kiyevdən danışıqların mümkünlüyü barədə heç bir siqnal almayıb".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanala müsahibəsində bildirib.
"Danışıqlar aparmaq üçün iki tərəf lazımdır. İndiyədək qarşı tərəfdən danışıqların mümkünlüyü barədə heç bir siqnal olmayıb. Biz bunu görməmişik", - Uşakov qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Kiyevə səfərindən sonra Rusiya tərəfinə oradakı danışıqları ilə bağlı nəsə deyib-demədiyi sualına isə Uşakov mənfi cavab verib.
Teqlər:
"Yuri U\u015fakov: Dan\u0131\u015f\u0131qlar bar\u0259d\u0259 Ukraynadan he\u00e7 bir siqnal yoxdur"