Britaniyada 28 min şirkət müflis ola bilər
Böyük Britaniyada 28 min şirkətin gələn il yüksək faiz dərəcələri və borclanma səbəbindən müflis ola biləcəyi bildirilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi ofisi Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) məlumat yayıb.
Məlumata görə, ilin ikinci rübündə 6342 şirkət iflasa uğrayıb.
"Əgər böyük investisiyalar yüksək borclanma xərcləri səbəbiylə ləngisə və şirkətlər iflas etməyə davam edərsə, bunun iqtisadiyyata ciddi təsirləri olacaq", - məlumatda qeyd edilib.
İngiltərə hökumətinin iyul ayında açıqladığı məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə müflisləşən şirkətlərin sayı 6342 olub ki, bu da 2009-cu ildən bəri ən yüksək səviyyədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net