Menyu

Ermənistanın əhalisinin sayı azalıb

Redaksiya
Ermənistanın əhalisinin sayı azalıb
1 dəq oxu

Ermənistanın Statistika Komitəsi 2022-ci ilin oktyabrında Ermənistanda keçirilmiş siyahıyaalmanın ilkin məlumatlarını dərc edib.

"Operativ Media" həmin məlumata istinadən xəbər verir ki, 2022-ci ildə Ermənistanın daimi əhalisi 2 milyon 932 min 731 nəfər olub.

Qeyd edək ki, bu say 2021-ci ildə 3 milyon 018 min 854, 2020-ci ildə isə 3 milyon 213 min 011 olub.

Daimi əhalinin sayına Ermənistanda daimi yaşayan və siyahıyaalma zamanı indiki və müvəqqəti olmayan əhalinin sayının göstəricilərinin cəmi daxildir.

Əlaqəli Xəbərlər