İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının prezidenti Yalçın Yükselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirin birinci müavini Bankın səlahiyyət müddəti başa çatan rəhbər heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizlə səmərəli əməkdaşlığın qurulmasında göstərilən səylərə görə təşəkkür edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı ilə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Bununla belə, Bankla ölkəmizin də iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri, birgə investisiya fondları və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.
Tərəflər Bankla əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüblər.






