Menyu

Azərbaycanın strateji valyuta ehtiyatları 67,5 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 67,5 milyard dollara çatıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 14,9% artaraq, 67,5 milyard ABŞ dollarına çatıb.

"Operativ Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"O cümlədən, hesabat dövründə AMB-nin valyuta ehtiyatları 4%-dən çox artaraq 9,8 milyard dollara yüksəlib", - o qeyd edib.

Əlaqəli Xəbərlər