11 Oktyabr 2023, 11:04
Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 22,6% artıb
2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 12 mlrd. 810,7 mln. manat təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib:
"Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 mlrd. 425,8 mln. manat olub.
Vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq".