Mərkəzi Bankda OECD və Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Nərmin Qocamanlı
Mərkəzi Bankda oktyabrın 11-də “Azərbaycanda dövlət müəssisələrinin idarəetməsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korporativ idarəetmə prinsiplərinə uyğunluğunun yoxlanması layihəsi” çərçivəsində OECD və Dünya Bankının nümayəndələri ilə görüş keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "X" hesabında bildirilib.
Bildirilib ki, görüş zamanı sözügedən layihə barədə, o cümlədən korporativ idarəetmə sahəsində Mərkəzi Bankın yeni requlyativ tələblərinə dair ətraflı məlumat verilib. Görüşdə həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net