http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Azərbaycan Konsaltinqlər Assosiasiyası" yaradılıb

13 Oktyabr 2023 , 18:46
"Azərbaycan Konsaltinqlər Assosiasiyası" yaradılıb

Azərbaycanda biznes mühitinin inkişafına xidmət edəcək yeni qurum - "Azərbaycan Konsaltinqlər Assosiasiyası" (AKA) İctimai Birliyi yaradılıb.

"Operativ Media" xəbər verir ki, yeni assosiasiya təlim və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin şəbəkələşməsində mühüm rol oynayacaq, üzvlərin fəaliyyətini əlaqələndirməklə müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.

Assosiasiyanın fəaliyyətinin təşkil edilməsi ilə bağlı artıq İdarə Heyəti üzvlərinin ilk yığıncağı keçirilib. Yığıncaqda işin təşkil edilməsi qaydaları, nizamnamənin qəbul edilməsi, üzvlük şərtləri və prosedurları, göstəriləcək xidmətlər və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Assosiasiyanın əsas hədəfi ölkədə dövlət və özəl qurumlara təlim-məsləhət xidmətləri göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadr mübadiləsi imkanlarının genişləndirilməsi, üzvlərin rəqabət qabiliyyəti və xidmət keyfiyyətinin artırılmasına nail olmaqdır. Müasir biznes tendensiyaları nəzərə alınmaqla, AKA-nın yaradılması təşəbbüsü xidmət sektorunun inkişafına müsbət təsir göstərəcək.

Şəbəkələşmə, təlim və əməkdaşlıq platforması kimi AKA konsaltinq xidmətləri göstərən bütün şirkətləri əməkdaşlığa dəvət edir.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu