Ana səhifə / İqtisadiyyat / Nəqliyyat və rabitə xərcləri artırılır Nəqliyyat və rabitə xərcləri artırılır 16.10.2023, 15:29 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 528 milyon manatı və yaxud 1,4%-i nəqliyyat və rabitə ilə bağlı xərclərinin payına düşəcək. "Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 57,6% çoxdur. Nəqliyyat və rabitə xərcləri iqtisadi fəaliyyət xərclərinin 6,8%-ni təşkil edəcək. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir. Teqlər: "N\u0259qliyyat v\u0259 rabit\u0259 x\u0259rcl\u0259ri art\u0131r\u0131l\u0131r"