http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Böyük Britaniyanın nüfuzlu nəşri “SOCAR Capital”ı mükafatlandırıb

16 Oktyabr 2023 , 19:38
Böyük Britaniyanın nüfuzlu nəşri “SOCAR Capital”ı mükafatlandırıb

Mərkəzi ofisi London şəhərində yerləşən Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması “SOCAR Capital” MMC-ni “Fastest Growing Corporate Bond Issuer–Azerbaijan 2023” (Ən Sürətli İnkişaf Edən Korporativ İstiqraz Emitenti–Azərbaycan 2023) nominasiyasında mükafatlandırıb.

“Operativ Media” bu barədə “SOCAR Capital”a istinadən xəbər verir. IFM platforması hər il qabaqcıl şirkətlərin strateji və funksional performanslarının təhlili əsasında fərqli sektorlar üzrə qalibləri elan edir.

Beləliklə, "SOCAR Capital" 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkili ediləcək 11-ci mükafatlandırma mərasiminə dəvət olunub.

Artıq 10 ildir ki, mükafatlandırma tədbirlərini həyata keçirən IFM nəşri makro və mikro səviyyələrdə qlobal iqtisadi təhlil və araşdırmalar aparır, ölkələr və investorlar üçün orta və uzunmüddətli proqnozlar təqdim edir, eyni zamanda ekspert rəy və təkliflərindən ibarət məqalə-analitik yazılar hazırlayır.

2016-cı ildə “International Market Metrics” (Beynəlxalq Bazar Metrikləri) adlı təlim bölməsini təsis edən IFM aparıcı bazarlarda geniş bazar araşdırmaları və sektor tələblərinin təhlili əsasında korporativ təlimlər keçirir.

İndiyədək BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Mozambik, Şri-Lanka və Livanda sənaye gigiyenası, böhran kommunikasiyası, sertifikatlaşdırılmış üçüncü tərəf risklərinin idarə edilməsi, “Basel III”, bank riskləri, qaydalar və kompensasiyaların idarə edilməsi kimi mövzularda 50-dən artıq təlim keçirən IFM platforması hazırda Sakit okean hövzəsi və Afrika regionu ölkələri ilə də əməkdaşlıq təmaslarını inkişaf etdirir.

Platformanın əhatə etdiyi əsas mövzulara bankçılıq, islam maliyyəsi, aktivlərin idarə edilməsi, hedc fondları, pensiya fondları, inkişaf etməkdə olan bazarlar, daşınmaz əmlak, telekommunikasiya, neft və qaz daxildir.

Qeyd edək ki, jurnalın rəsmi veb-saytı Böyük Britaniyada ən çox ziyarət edilən 10 maliyyə veb-saytından biridir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu