http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bəzi məhsulların Fransadan ölkəmizə idxalına məhdudiyyət qoyulacaq

17 Oktyabr 2023 , 11:09
Bəzi məhsulların Fransadan ölkəmizə idxalına məhdudiyyət qoyulacaq

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir.

Bu barədə "Operativ Media" ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Müvafiq qanunun icrasını təmin etmək məqsədilə bir sıra dövlətlərdən, o cümlədən də Fransa Respublikasından ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Lakin Fransadan onlarla müəssisədən respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkənin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb. Bununla əlaqədar, 2023-cü il 1 noyabr tarixindən etibarən təsdiq üçün müraciət etməyən Fransa müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu