18 Oktyabr 2023, 09:37
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb şəkil
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,08 % azalaraq 94,28 ABŞ dolları təşkil edib.

Bu barədə "Operativ Media"ya neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 91,79 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Son xəbərlər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı