Nazir müavini: "Aviasiya haqqında" yeni qanunun qəbulu təhlükəsizliklə bağlıdır"

Əziz Əzizli
Nazir müavini: "Aviasiya haqqında" yeni qanunun qəbulu təhlükəsizliklə bağlıdır"

Azərbaycanda "Aviasiya haqqında" yeni qanunun qəbul edilməsi əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır.

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib.

"Sənəddə bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur: Layihədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi, təhsil müəssisələri nəzərə alınıb. Sual oluna bilər ki, yeni qanunun hazırlanmasına ehtiyac hardan yaranıb? Bu sahədə bütün dünyada tələbləri Beynəlxalq Müki Aviasiya Təşkilatı (ICAO) müəyyən edir. Bütün dünyada hava limanları həmin tələblərə əməl etməyə çalışır. Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb. Bu auditlər zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir. Odur ki, qanuna bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi qanun layihəsində öz əksini tapıb", - de

Digər xəbərlər