http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan Braziliya ilə turizm sahəsində əməkdaşlığı müzakirə edib

19 Oktyabr 2023 , 15:08
Azərbaycan Braziliya ilə turizm sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Braziliya arasında turizm üzrə əməkdaşlıq üçün media və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanıtım və təbliğat tədbirləri, eləcə də tanışlıq səfərlərinin təşkili məsələləri müzakirə edilib.

"Operativ Media" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu müzakirələr qurumun sədri Fuad Nağıyevlə Braziliyanın turizm naziri Celso Sabino de Oliveira arasında BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 25-ci sessiyası çərçivəsində baş tutan görüş zamanı aparılıb.

F. Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilən “Qlobal İnvestisiya Forumu” və “Qlobal Təhsil Forumu”nda təmsil olunub. Forumlarda dünya turizm sənayesinin aparıcı şirkət və təşkilatlarının nümayəndələrinin iştirakı ilə turizmdə mövcud trendlər, eləcə də ölkələr üçün investisiya imkanları, həmçinin turizm təhsili sahəsində mövcud olan innovativ məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti oktyabr ayının 17-də keçirilən İcraiyyə Şurasının 119-cu sessiyasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyətinin, həmçinin sabah Səmərqənddə keçiriləcək BMÜTT-nin İcraiyyə Şurasının 120-ci sessiyasında da iştirakı nəzərdə tutulur.

BMÜTT-nin Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 68-ci iclasında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi nəzərə alınaraq, 25-ci Baş Assambleya çərçivəsində ölkəmizə üzvlük səlahiyyətləri verilməsi barədə qərar 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu