http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bu günə kimi 14 yerdə SES tikilərək yenidən qurulub

20 Oktyabr 2023 , 16:55
Bu günə kimi 14 yerdə SES tikilərək yenidən qurulub

Prezidentin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, bu günə kimi 14 yerdə su elektrik stansiyası (SES) tikilərək yenidən qurulub.

"Operativ Media" xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin rəhbəri Baba Rzayev “AzərEnerji”nin Baş İdarəetmə Mərkəzində Energetiklər Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda SES-də işlər tamamlanır və yerdə tikinti davam edir: “Eyni zamanda suverenliyimiz bərpa edilən ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir”.

B.Rzayev bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti və enerji strategiyasına uyğun olaraq bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib: “700 km-dən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.

O, builki energetiklər gününün çox əlamətdar vaxta təsadüf etdiyini bildirib: “Əvvəla ona görə ki, 5 gün əvvəl oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı bayrağımızı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd rayonlarında ucaltdı. Digər tərəfdən, məhz həmin gün, 15 oktyabr tarixi həm də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə təsadüf edirdi. Həmin 20 il ərzində Azərbaycan dövləti tarixi boyu heç zaman bu qədər inkişaf etməyib və bu qədər güclü olmayıb. Bütün sahələrdə olduğu kimi elektroenergetikamızın bugünkü səviyyəyə çatması, Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, həmçinin alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, 40-a yaxın yeni elektrik stansiyasının tikilməsi, 100-dən artıq yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli ötürmə xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 %-ə yaxın hissəsinin ixrac edilməsi və digər bu kimi məsələlər Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür”.

Tədbirdə çıxış edənlər bildirib ki, bu gün Azərbaycanın energetika sektoru dünyanın bir çox ölkələrinə, o cümlədən inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Bu isə heç şübhəsiz, Prezident İlham Əliyevin elektroenergetika ilə bağlı həyata keçirdiyi uğurlu enerji strategiyasının, davamlı diqqət və qayğısının nəticəsidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu