http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Mərkəzi Bank “Bank of Baku” və "TuranBank" ilə bağlı QƏRAR verdi

20 Oktyabr 2023 , 17:37
Mərkəzi Bank “Bank of Baku” və "TuranBank" ilə bağlı QƏRAR verdi

Mərkəzi Bank (AMB) investisiya pul nişanlarının satışını təmin etmək üçün satış agentləri müəyyən edib.

"Operativ Media" xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanları 10 may 2023-cü il tarixindən tədavülə buraxılıb. İnvestisiya pul nişanlarının satışının və geri alışının stimullaşdırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarı ilə bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən və müəyyən edilmiş tələblərə cavab verən “Bank of Baku” ASC və "TuranBank" ASC satış agentləri olaraq seçilib. Satış agentlərinin seçilməsi ilə əlaqədar investisiya pul nişanlarının Mərkəzi Bank tərəfindən birbaşa əhaliyə və banklara satışı və geri alışı dayandırılıb.

Qeyd edilib ki, satış agentlərinə qarşı müəyyən edilmiş tələblər və satış agentlərinin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsinin “İnvestisiya pul nişanları üzrə satış agentləri” alt bölməsindən tanış olmaq mümkündür.

Gələcəkdə Mərkəzi Bank tərəfindən yeni satış agentləri müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

2025-ci ilin dövlət büdcəsi: Cari xərclərin artımı sosial təminatı necə dəyişəcək?

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

AMB yaxın aylarda valyuta bazarına satış yönlü müdaxilə edəcəyini istisna etmir

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu