24 Oktyabr 2023, 11:37
Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib şəkil
Tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib.

Bu barədə "Operativ Media" Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” dövlət standartı və AZS EN ISO 11925-2:2023 “Tikinti materialları – yanğına qarşı davamlılıq sınaqları – alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti - Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” dövlət standartları qəbul edilib.

Bu standart ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti konstruksiyalarında istifadə olunan məmulat və materiallar da daxil olmaqla, yanğın təhlükəsi üzrə tikinti məmulat və materiallarının təsnifat prinsiplərini müəyyən etmək məqsədilə müasir tələblərə uyğun yeni dövlət standartına tələbat əsasında hazırlanıb.

Yeni dövlət standartı “Texniki Komitədə (AZSTAND/TK 10)” müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Son xəbərlər
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"