http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ötən gün açılışı olan müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına 100 milyon manatdan çox investisiya yatırılıb

24 Oktyabr 2023 , 12:16
Ötən gün açılışı olan müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına 100 milyon manatdan çox investisiya yatırılıb

Oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olan müəssisələr tərəfindən Sənaye Parkına 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-dək iş yeri yaradılıb.

"Operativ Media" xəbər verir ki, jurnalistlər bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlayan istehsal müəssisələrində olublar.

KİV nümayəndələrinə Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti, görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 34,7 faizi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 (32,1 faiz) milyon manatlıq hissəsi ixrac olunub.

Sumqayıt Kimya Sənaye Parkında hazırda 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, açılışı olan 3 müəssisə (“UPI - Universal Packing İndustry” QSC, “Azərbaycan Vanhong Ceramics Co.” MMC və “Novus Plastica” MMC) tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-ə yaxın daimi iş yeri yaradılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu