25 Oktyabr 2023, 12:55
Məhsul istehsalına yönəlmiş investisiyaların həcmi 20,8% artıb - Nazir
Məhsul istehsalına yönəlmiş investisiyaların həcmi 20,8% artıb - Nazir şəkil
Məhsul istehsalına yönəlmiş investisiyaların həcmi 20,8% artıb - Nazir

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəlmiş investisiyaların real artım tempi ötən ilin eyni dövrünə nisbətən 21,3% olub.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Bu müddətdə məhsul istehsalı və xidmət sahələrinə yönəlmiş investisiyaların həcmi müvafiq olaraq 20,8% və 27,4% artıb", - nazir qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon manat yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 5,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər 5 faiz təşkil edib.

Son xəbərlər
AL: "Qarabağ" "Elfsborq"a məğlub olur - YENİLƏNİR
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı