http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bakı aeroportunun sərnişin dövriyyəsi nə qədər olub?

25 Oktyabr 2023 , 13:04
Bakı aeroportunun sərnişin dövriyyəsi nə qədər olub?

2023-cü ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsində sabit artım nümayiş etdirməkdə davam edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən "Operativ Media" ya bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 25 faiz artaraq 4 milyon 325 min nəfərdən çox həddə çatıb.

Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 223 min nəfər təşkil edib.

Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6 %-i xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2 milyon 214 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfər sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.

Hava limanından ən çox sərnişin Bakıdan İstanbula və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 746 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq Naxçıvan, Moskva, Dubay və Tbilisi qərarlaşıb.

"Sərnişinlərimizin rahatlığının təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığımızı genişləndirməkdə davam edirik. Həmçinin onlara daha da səmərəli səyahət təcrübəsi təqdim etmək üçün xidmətlərimizin və infrastrukturumuzun təkmilləşdirilməsinə çalışırıq”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov bildirib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 37 aviaşirkət 70 yaxın istiqamətdə müntəzəm uçuşlar yerinə yetirib, onlardan 18-i aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 49 faiz təşkil edib. Ən çox sərnişini “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “FlyDubai” aviaşirkətləri daşıyıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu