Taleh Kazımov bank rəhbərləri ilə makroiqtisadi sabitliyi müzakirə edib

admin
Taleh Kazımov bank rəhbərləri ilə makroiqtisadi sabitliyi müzakirə edib

Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüşdük.

"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi bankın sədri Taleh Kazımov məlumat verib.

Bildirilib ki, görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələrini müzakirə olunub.

"Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq", - deyə Taleh Kazımov bildirib.

Digər xəbərlər