Menyu

Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Gozel Həşimova
Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycan ilə Türkmənistan arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 678,3 milyon dollar təşkil edib.

"Operativ Media"nın Dövlət Gömrük Komitəsində əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 64,1 milyon dollar dəyərində məhsul ixrac edilib. Ölkənin Türkmənistandan idxalının dəyəri isə 614,1 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 305,5 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova

Teqlər:

"Az\u0259rbaycanla T\u00fcrkm\u0259nistan\u0131n ticar\u0259t d\u00f6vriyy\u0259si 2 d\u0259f\u0259d\u0259n \u00e7ox art\u0131b"

Əlaqəli Xəbərlər