27 Oktyabr 2023, 11:50
Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsi 41 % artıb
Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında İspaniya ilə ticarət dövriyyəsi 793,5 milyon ABŞ dolları həcmində olub.
"Operativ Media"nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 232,1 milyon ABŞ dolları və ya 41,3% çoxdur.
Hesabat dövründə Azərbaycanın İspaniyaya ixracı 712 milyon ABŞ dolları həcmində olub. Ölkənin İspaniyadan idxalının həcmi isə 81,4 milyon ABŞ dolları olub.
Gözəl Həşimova