Azərbaycan-Özbəkistan birgə müəssisəsi “Azərmaş CP” MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib və rezidentlərin sayı 14-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
"Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində investisiya həcmi 104 mln. manat olan minik avtomobillərin istehsalı kompleksi yaradılacaq və 1.200 nəfər işlə təmin ediləcək", - o, qeyd edib.






