Azərbaycan vətəndaşları Rusiyada sadələşdirilmiş qaydada bank hesabları aça biləcəklər

Redaksiya
Azərbaycan vətəndaşları Rusiyada sadələşdirilmiş qaydada bank hesabları aça biləcəklər

Azərbaycan vətəndaşları Rusiyada sadələşdirilmiş qaydada bank hesabları aça biləcəklər.

"Operativ Media" "Sputnik"ə istinadən xəbər verir ki, 25 ölkədən fiziki və hüquqi şəxslər üçün işlərin sadələşdirilməsi barədə müvafiq qərar Rusiya hökuməti tərəfindən qəbul edilib.

Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, bu addım əcnəbi şirkətlərə və sahibkarlara Rusiyada fəaliyyət göstərməyə kömək etmək üçün nəzərdə tutulub.

Sözügedən tədbir həm də Rusiyanın maliyyə suverenliyinə nail olmaq üçün hökumətin sistemli səylərinin mühüm hissəsidir.
 

Digər xəbərlər