30 Oktyabr 2023, 20:13
SOCAR cari ilin 3-cü rübü üzrə hesabatını təqdim edib
SOCAR cari ilin 3-cü rübü üzrə hesabatını təqdim edib şəkil
SOCAR cari ilin 3-cü rübü üzrə hesabatını təqdim edib

Cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən çox qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkət tərəfindən 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub və neft hasilatında cüzi artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.

Bu barədə "Operativ Media"ya SOCAR-dan məlumat verilib.

Qeyd edilib ki, hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,4 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə təqribən 71 milyon kubmetr təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini ixrac edir. Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona9 yaxın neft, 811 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 592 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı təqribən 2,5 milyard kub metr təşkil edib.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb