"Fiziki şəxslərin əmanətlərindən yenidən gəlir vergisinin tutulması 30 min manata qədər depozitlərin sayında və həcmində azalmaya səbəb olub”.
Bunu “Operativ Media”ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Eskpertin sözlərinə görə, fiziki şəxslərin əmanətlərinin yenidən gəlir vergisindən azad edilməsi təklif olunur. Dəyişikliklər reallaşarsa, bu güzəştlər 30 min manata qədər əmanətlərə şamil ediləcək.
“Təklif olunan dəyişikliyin səbəblərindən biri də vətəndaşların banklara əmanət yerləşdirilməsini stimullaşdırmaqdır. Passiv yığımların inflyasiya hədəflərindən qorunması hədəflərdən biridir. Təhlükəsizlik məqsədilə bənzər qərarlar qəbul edilir. Bir sıra hallarda isə gəlir əldə etmək məqsədi ilə bənzər qərarlar qəbul edilir. Əmanətlərin vergiyə cəlb olunması bu istiqmətdə gəlir əldə etmək imkanını azaldır. Nəzərə alaq ki, ötən müddət ərzində də əmanət faizlərinin özünün yığılmasında da azalma müşahidə olunub.
Rəşad Həsənovun sözlərinə görə, dəyişikliyin başqa hədəfləri də var. Məqsəd əmanətlərin bundan sonra daha çox manatla yerləşdirilməsidir.
“2-ci mühüm məqsəd isə nisbətən uzun dövürdə, 18 aydan çox müddətdə yerləşdirilməsini təmn etməkdir. Nəzərə alsaq ki, Azərbaycanda banklar əmanətləri qısa müddətə götürür, bu əmanətləri uzun müddətli kredit şəklində verə bilmir. 30 min manata qədər depozitlərin sayının azlaması inflyasiya və əhalinin yığım imkanlarının məhdudluğu ilə əlaqəlidir. Buna bağlanan bankların da müəyyən təsiri var. Əmanət faizlərinin sabit qalmasına səbəb isə bazarda tələbin aşağı olmasıdır”.






