Menyu

IMF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

IMF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

Azərbaycanla Beynəlxalq Valyuta Fondu (IMF) arasında qlobal tendensiyaların iqtisadi proseslərə təsiri, Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri və hədəfləri, əməkdaşlığın yeni istiqamətləri və digər məsələlər haqqında müzakirələr aparılıb.

"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları ilə çoxşaxəli və səmərəli tərəfdaşlığı, ölkədə innovasiyaların geniş tətbiqi baxımından əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb. Həmçinin, ölkənin makroiqtisadi göstəriciləri və proqnozlar, energetika sektorunun inkişaf perspektivləri, vergi islahatları və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Teqlər:

"IMF-nin Az\u0259rbaycan \u00fczr\u0259 missiya r\u0259hb\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər