15 Noyabr 2023, 20:28
Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət ediliblər
Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət ediliblər şəkil
Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət ediliblər

Moldovalı iş adamları sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa dəvət ediliblər.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) "Operativ Media"ya verilən məlumata görə, bu barədə Moldova Respublikasının Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) direktoru Dumitru Pinteanın başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında keçirilən görüşdə bildirilib.

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenkonun da iştirak etdiyi görüşdə İZİA İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud biznes imkanları, investisiya mühiti barədə məlumat verib, sənaye zonalarının təqdimatı göstərilib.

Görüş çərçivəsində ODA ilə İZİA arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə biznes layihələrinin reallaşdırılması, hər iki ölkənin sənaye zonalarında fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb