Azərbaycanda illik inflyasiya 10%-ə düşüb. Bu ilin 10 ayı ərzində ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 109,1 faiz təşkil edib. Bəs qiymət artımı hansı sahələrdə daha çox hiss olunur? Ən çox bahalaşan məhsullar hansılardır?
“Operativ Media”ya açıqlama verən iqtisadçı Rəşad Həsənov deyir ki, inflyasiyanın ilk təsiri əsasən ərzaq qiymətlərində özünü göstərir:
“Ərzaq məhsullarından mal əti, qoyun əti, balıq əti bunların hamısında hazırda qiymət artımının olması müşahidə olunur. Həmçinin mövsümi bitmiş meyvələrin qiymətində artımı görə bilirik, düyünün qiymətində fərqlənmə var. Bundan başqa qeyri-ərzaq məhsullarından böyük və kiçik məişət texnikasının qiymətində artımlar var. Amma telefonların qiymətində dəyişmə yoxdur”.
Rəşad Həsənov deyir ki, nəinki keçən illə, ötən ayla müqayisədə belə qiymətlər dəyişib.
“Hətta keçən ayla müqayisədə də 0.4 faiz artım müşahidə olunur. Belə ki, 100 manatlıq məhsula vətəndaşlar bu ay 100 manat 40 qəpik pul ödəməli olurlar. Bahalaşmaya təsir edən amillər müxtəlifdir. Ona görə də qabaqlayıcı tədbirlər görülməlidir. Burada təşviqçinin rəqabət mühitinin formalaşmasının çox önəmlidir. Təklif çox olmalıdır. Hökümətdə öz əhatəliliyini artırmalıdır və bu istiqamətdə həm vergi, həm fiskalın ödənilməsi əlavə güzəştlərin tətbiq olunması bazar muhitinin canlasnmasın səbəb ola bilər”.






