http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SOCAR Pakistanla əlaqələri müzakirə edib

20 Noyabr 2023 , 20:28
SOCAR Pakistanla əlaqələri müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Pakistanla neft və neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.

Bu barədə "Operativ Media" SOCAR-a istinadən xəbər verir.

Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Pakistan İslam Respublikasının Milli İdarəçilik Kursunun iştirakçıları ilə bu gün keçirilən görüşdə aparılıb.

Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında insan resursları sahəsində təcrübə mübadiləsi üzrə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, rəqəmsallaşma, dekarbonizasiya, ədalətli enerji keçidi, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Ölkələr arasında dostluq münasibətləri və yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib

İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

XƏBƏR LENTİ
  • 12:34

    Murovdağ tunelində 14 km-lik qazma işləri artıq tamamlanıb
  • 12:32

    Qalada qanunsuz tikililər sökülüb
  • 12:14

    "Nant" baş məşqçisini qovdu
  • 12:12

    Elşad Nuriyev: Gələcəkdə azad olunan ərazilərdə sənayedə təhlükəsizlik süni intellektlə təmin olunacaq
  • 12:06

     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
  • 12:04

    İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
Menyu