"Budapeştdə energetika naziri Csaba Lantos ilə səmərəli görüşümüz oldu".
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında bildirib.
Görüşdə, ikitərəfli enerji əməkdaşlığının genişləndirilməsi, həmçinin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə qoşulma ilə bağlı müzakirələr aparılıb.






