Almaniya iqtisadiyyatı üçüncü rübdə əvvəlki üç ayla müqayisədə 0,1% azalıb.
"Operativ Media" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya statistika idarəsi məlumat yayıb.
Məlumata görə, ümumi daxili məhsulun təxminən üçdə ikisini təşkil edən özəl istehlak xərcləri əvvəlki rüblə müqayisədə 0,3% azalıb, dövlət istehlak xərcləri isə bir ildən artıq müddətdə ilk dəfə 0,2% artıb.
ÜDM üçüncü rübdə illik müqayisədə 0,4% azalıb.






