Ana səhifə / İqtisadiyyat / Ölkədə içki və sirkə ixracından gəlirlər 3 dəfə artıb Ölkədə içki və sirkə ixracından gəlirlər 3 dəfə artıb 25.11.2023, 13:08 Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib. "Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. 10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur. Hesabat dövründə içkil və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,2 %-ni, idxal isə ümumi idxalın 0,55 %-ni təşkil edib. Teqlər: "\u00d6lk\u0259d\u0259 i\u00e7ki v\u0259 sirk\u0259 ixrac\u0131ndan g\u0259lirl\u0259r 3 d\u0259f\u0259 art\u0131b"