27 Noyabr 2023, 13:05
Energetika nazirinin Sabirabadda vətəndaş qəbulunun vaxtı açıqlanıb
Energetika nazirinin Sabirabadda vətəndaş qəbulunun vaxtı açıqlanıb şəkil
Energetika nazirinin Sabirabadda vətəndaş qəbulunun vaxtı açıqlanıb

Energetika naziri Pərviz Şahbazovun 30 noyabr tarixində Sabirabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul dekabrın 1-də saat 11:00-dan başlayaraq Sabirabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, H.Əliyev pr. 95a) keçiriləcək. Nazir Sabirabad, Şirvan, Hacıqabul, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı:[email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Son xəbərlər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı