Qızıl 2100 dollarlıq tarixi rekorda yüksəlib

Nərmin Qocamanlı
Qızıl 2100 dollarlıq tarixi rekorda yüksəlib

Qızılın qiyməti bir unsiya üçün 2100 dolları keçərək rekorda imza atıb.

"Operativ Media" xəbər verir ki, AFP-nin məlumatına görə, metalın qiyməti pandemiya zamanı 2020-ci ildə müəyyən edilmiş bütün zamanların ən yüksək həddini keçərək 2,135,39 dollara çatıb.

Noyabrın sonunda dünya bazarında qızılın qiyməti 1 troy unsiyası üçün 2050 dollardan yuxarı qalxaraq son 7 ayın ən yüksək həddinə çatıb. Analitiklər hesab edirlər ki, metal kotirovkalarının növbəti artımı əhəmiyyətli olmayacaq və ilin sonuna kimi qiymətlərin 1,9 min dollara düşəcəyini istisna edilmir.

Agentliyin məlumatına görə, İsrail və Fələstinin Həmas hərəkatı arasında gedən müharibə fonunda treyderlər arasında qızıl külçələrinə maraq artıb. AFP başqa bir amil kimi inflyasiyanın yavaşlamasını göstərir ki, bu da Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı sala biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

 

 

 

Digər xəbərlər