Menyu

Brent markalı neftin bir barelinin qiyməti 79 dollardan aşağı düşüb

Nərmin Qocamanlı
Brent markalı neftin bir barelinin qiyməti 79 dollardan aşağı düşüb

OPEC+-ın neft hasilatını azaltmaq qərarına baxmayaraq, neft qiymətləri enməkdə davam edir.

"Operativ Media" xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq 78,26 dollar/barelə bərabər olub. WTI markalı neftin yanvar fyuçersləri 0,82% ucuzlaşaraq 73,4 dollar/barelə bərabər olub.

Qeyd edək ki, noyabrın 30-da keçirilən OPEC+ görüşündən sonra bir sıra hasilatçı ölkələr tələbatın mövsümi azalması səbəbindən neft qiymətlərində mümkün azalmaların qarşısını almaq üçün 2024-cü ilin birinci rübündə hasilatı daha da azaltmaq barədə razılığa gəliblər. 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər