Naxçıvanda Son 11 ayda 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib

Nərmin Qocamanlı
Naxçıvanda Son 11 ayda 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib

"Bu ilin fevral-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmindən yararlanıblar".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında bildirib.

O, qeyd edib ki, indiyədək Muxtar Respublikada 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib.

"Ümumilikdə kənd təsərrüfatı üzrə 9, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə 6, ictimai iaşə sahəsində 3, logistika sahəsində 2 və turizm sahəsi üzrə 1 layihə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərdən yararlanıb", - nazir qeyd edib.

Nərmin Qocamanova

Digər xəbərlər