KTM: Ötən ay 9 nəfər spirtdən zəhərlənib
Redaksiya
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.
Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.
Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u spirtdən, 7-si dəm qazından zəhərlənib. 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net