Menyu

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb
1 dəq oxu

Masallı sakinlərindən 6 ədəd qanunsuz ov silahı götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində daha 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər