Menyu

"Time" jurnalı "ilin adamı" adına namizədləri açıqlayıb

Redaksiya
"Time" jurnalı "ilin adamı" adına namizədləri açıqlayıb

Məşhur "Time" jurnalı ilin adamı adına namizədləri açıqlayıb.

"Operativ Media" xəbər verir ki, ötən il Ukrayna prezidenti Volodimir Zelenski ilin adamı seçilib, bu il onun adı namizədlər arasında yoxdur.

Jurnal iki ildir müharibəni davam etdirdiyinə görə Rusiya prezidenti Vladimir Putini namizədlər arasında göstərib.

Namizədlər bunlardır:

Hollivud ssenaristləri və aktyorlarının tətilinin iştirakçıları;

Çin Xalq Respublikasının Sədri Si Cinpin;

Amerikalı müğənni Taylor Swift;

OpenAI baş direktoru Sam Altman;

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəmələrində iştirak edən prokurorlar;

Greta Gerwig-in "Barbie" filmində baş qəhrəmana çevrilən Barbie kuklası;

Rusiya prezidenti Vladimir Putin;

Böyük Britaniya kralı III Çarlz;

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel.

6 dekabrda jurnal "İlin adamı"nı açıqlayacaq.

Teqlər:

"\"Time\" jurnal\u0131 \"ilin adam\u0131\" ad\u0131na namiz\u0259dl\u0259ri a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər