Menyu

Qərbi Azərbaycan mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb- YENİLƏNİB

Redaksiya
Qərbi Azərbaycan mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb- YENİLƏNİB

2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən Beynəlxalq Konfrans öz işinə başlamışdır.

"Operativ Media" xəbər verir ki, tədbirin açılışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakaya və Efiopiya parlamentinin deputatı, xarici əlaqələr alt-komissiyasının sədri Təvfik Abdullahi Əhməd çıxış etmişlər. 

Konfransı giriş sözü ilə açan sədr Ə. Ələkbərli beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə bu mötəbər Beynəlxalq Konfransın keçirilməsinin çox əlamətdar hadisə olduğunu vurğulamışdır. 

Ə. Ələkbərli çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması və onun sələfi - 1989-ci ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat vermişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq konvensiyalarla tanınmış olan qayıdış hüququnun İcmanın fəaliyyətinin əsas məqsədini təşkil etdiyini bildirən sədr, bu məqsədə dialoq yolu ilə nail olmaq əzmində olduqlarını bildirmişdir.  

Ə. Ələkbərli özünü insan haqlarının carçısı adlandıran bəzi qüvvələrin beynəlxalq hüquqla tanınmış olan qayıdış hüququnun kimə verilib-verilməyəcəyi ilə bağlı özlərinə “səlahiyyət” uydurduqlarına diqqət çəkərək, belə ikili standartlar və ayrı-seçkilik cəhdlərinin yolverilməz olduğunu bildirmişdir. 

Sədr Ə. Ələkbərli Qərbi Azərbaycan İcmasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirmişdir. O, Ermənistandan didərgin salınmış azərbaycanlıların dinc yolla öz evlərinə qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi qələmə verilməsininyolverilməz olduğunu qeyd etmişdir. İcmanın sədri qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə birbaşa dialoqa  hazır olduqlarını bir daha bəyan etmiş və Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırmışdır.

Sədr Azərbaycan Respublikası hökumətinin sülh və barışıq səylərini təqdir etmiş və Qərbi Azərbaycan İcmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə etmişdir. 

AK Partinin sədr müavini, TBMM-in üzvü Zafer Sırakaya bu il 100-cü ildönümü qeyd edilən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə yad edərək, Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açmış və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını bildirmişdir. 

Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan natiq, Ermənistandan azərbaycanlılarnqovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürək ağrısı ilə qeyd etmişdir. Z. SırakayaErmənistandan qovulmuş azərbaycanlıların İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraqöz evlərinə qayıtmaq haqqı olduğunu vurğulamışdır. 

***
09:56

Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir.

"Operativ Media" xəbər verir ki, tədbirə bir sıra ölkələrdən diplomatlar, hüquqşünaslar, media nümayəndələri qatılıblar.

Nərmin Qocamanova

Teqlər:

"Q\u0259rbi Az\u0259rbaycan m\u00f6vzusunda beyn\u0259lxalq konfrans \u00f6z i\u015fin\u0259 ba\u015flay\u0131b- YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər